Həmçinin həbsdən sonra futbolçuya 10 il sınaq müddəti verilməsi istənilib. Xəsarət alan qızın əsəbləri səbəbindən xeyli arıqladığı və sosial çevrəsini məhdudlaşdırdığı bildirilir.

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş zorlama ittihamı ilə məhkəmə qarşısına çıxıb. Matc.az xəbər verir ki, prokurorluq təqsirləndirilən şəxsə 9 il həbs cəzası və 150 min avro məbləğində təzminat tələb edib.

Həmçinin həbsdən sonra futbolçuya 10 il sınaq müddəti verilməsi istənilib. Xəsarət alan qızın əsəbləri səbəbindən xeyli arıqladığı və sosial çevrəsini məhdudlaşdırdığı bildirilir.

Bundan əlavə, Alveşin müdafiəçisi intim münasibətin olduğunu, lakin bunun razılıq əsasında olduğunu iddia edib. Braziliyalı bir neçə dəfə hadisələrlə bağlı versiyasını dəyişib ki, bu da şübhə yaradıb.

Müdafiəçinin taleyi ilə bağlı yekun qərarın sabah verilməsi gözlənilir.

Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest