Azərbaycan Premyer Liqasında XXI turun oyunları 6 futbolçunun cəzalı duruma düşməsinə səbəb olub. Matc.az xəbər verir ki, onlardan 5-i dörd sarı vərəqə limitini doldurub, 1 nəfər isə qırmızı vərəqə alıb.

“Səbail” – “Qarabağ” (1:2) qarşılaşmasından sonra üç oyunçu cəzalı olub. Ağdamlıların kapitanı Maksim Medvedev qırmızı vərəqə səbəbindən qarşıdakı turu buraxacaq. Bakılılarda isə Anas Najah və Yusif Nəbiyev vərəqə limitini doldurub.

“Sabah” – “Turan Tovuz” (1:1) matçında birincilərdən Kristian da Silva, ikincilərdən isə Şəhriyar Əliyev mövsümə 4-cü xəbərdarlığı alıblar.

“Sumqayıt” isə “Neftçi”ni (2:1) məğlub etməsinə baxmayaraq, sarı vərəqə alan Oktavio Mantekanı itirib.

Qeyd edək ki, XXII turun oyunları fevralın 11-13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest