Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan”la oyun “Kəpəz”in hücumçusu Amil Yunanov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 31 yaşlı forvard ölkə çempionatlarında 50-ci qolunu vurub.

O, komandasının 3:1 hesabı ilə qələbə qazandığı görüşdə son nöqtəni qoyub. Yunanov 50 qola 191-ci matçında çatıb. O, orta hesabla hər görüşdə 0,26 qol vurub.

Bu, qış fasiləsində “Kəpəz”ə keçən Yunanovun Gəncə klubunda ilk qoludu. O, daha əvvəl “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Qeyd edək ki, Amil Yunanov Premyer Liqada ilk qolunu 2011-12 mövsümündə “Qəbələ”nin heyətində “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyunda vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest