“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. Matc.az xəbər verir ki, bu, XXI turda “Səbail”lə səfər oyununda reallaşıb.

Komandasının 2:1 hesablı qələbəsinin iştirakçısı olan 33 yaşlı futbolçu Premyer Liqada 250-ci matçını keçirib. O, bu müddətdə 4 qola imza atıb ki, bunun hamısı “Qarabağ”ın heyətində baş verib.

Bədavi ümumilikdə Azərbaycanda iki klubda çıxış edib. 250 qarşılaşmanın 26-sı “Sumqayıt”ın, 224-ü isə “Qarabağ”ın heyətində olub.

Bədavi Hüseynov Azərbaycan çempionatında ilk dəfə 2011-12 mövsümündə iştirak edib. O, 2011-ci il sentyabrın 11-də “Sumqayıt”ın müdafiəçisi kimi “Qarabağ”la oyunda (0:0) debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest