06 Fevral 2024, 12:03
FUTBOL
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto vəzifəsindən istefa verib. Matc.az xəbər verir ki, o, millinin uğursuz çıxışı səbəbindən bu addımı atıb.
Ötənlərin məşhur futbolçusu Afrika Kubokunda çıxışla bağlı keçirilən iclasda qərarını açıqlayıb. Lakin İcraiyyə Komitəsi istefanı qəbul etməyib. Nəticədə 2021-ci ildə federasiya prezidenti seçilən 42 yaşlı funksioner postunda qalıb.
Qeyd edək ki, Kamerun yığması Afrika Kubokunun 1/8 final mərhələsində Nigeriyaya (0:2) məğlub olub.