06 Fevral 2024, 13:42
FUTBOL
Portuqaliya millisinin yarımmüdafiəçisi Uilyam Karvalyo cinsi təcavüzdə şübhəli bilinir. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu hazırda istintaq altındadı.
Karvalyo iş üzrə ifadə vermək üçün Sevilya məhkəməsinə gedəcək. Xəsarət alan xanım bildirib ki, futbolçu onunla restoranda tanış olub və cütlük gecə klubuna gedib.
Bundan sonra o, bədənində açıq-aşkar zorakılıq əlamətləri ilə bir oteldə oyanıb və baş verənləri xatırlamayıb. Xanımın iddiasına görə, futbolçu ona narkotik maddı verib və cinsi xarakterli zorakılıq hərəkətləri edib.
Qeyd edək ki, Uilyam Karvalyo 2018-ci ilin yayından “Betis”də çıxış edir. O, bu mövsüm 17 oyunda 3 məhsuldar ötürmə verib.