06 Fevral 2024, 18:44
FUTBOL
"Mən bu futbolçunun səviyyəsi ilə mübahisə etmirəm, amma müqavilə maliyyə baxımından çətin idi"
"Yuventus"un keçmiş icraçı direktoru Cüzeppe Marotta klubdan ayrılma səbəblərindən danışıb.
Matc.az xəbər verir ki, bundan əlavə, funksioner hücumçu Kriştiano Ronaldonu komandaya dəvət etmək istəmədiyini etiraf edib:
"Deyə bilərəm ki, “Yuventus”da 10 gözəl il keçirmişəm, lakin rəhbərlik fərqli inkişaf strategiyası qəbul edəndə menecer kənara çəkilməlidir.
Klubun istəklərinə hörmət etmək lazım idi. Ronaldonun transferi ilə tam razı deyildim. Mən bu futbolçunun səviyyəsi ilə mübahisə etmirəm, amma müqavilə maliyyə baxımından çətin idi".
Hazırda Marotta “İnter”in baş direktoru vəzifəsində çalışır, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir.