06 Fevral 2024, 19:22
FUTBOL
Məhkəmə "Betis"in yarımmüdafiəçisi Vilyam Karvalyoya qarşı ittiham irəli sürməyib və ya qabaqlayıcı tədbirlər görməyib.
Matc.az xəbər verir ki, futbolçu cinsi təcavüz işi ilə bağlı ifadə vermək üçün çərşənbə axşamı səhər Sevilya məhkəməsinə yollanıb.
Qadın onu 2023-cü ilin avqustunda narkotik maddə içdirməkdə və zorlamaqda ittiham edib. Portuqaliyalı yarım saat ifadə verib, o, ərizəçi ilə intim münasibətdə olduğunu etiraf edib, lakin hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini qeyd edib.
Hakim faktları və ifadələri araşdırıb və sonra futbolçunun günahsız olduğu qənaətinə gəlib.
Karvalyo məhkəmə binasını tərk edərək həmin gün günortadan sonra komanda ilə məşqlərə başlayıb.