Yayda 35 yaşdan yuxarı sabiq futbolçular arasında ulduzlu dünya çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, turnirdə 8 komandanın iştirakı planlaşdırılır. Komandaların heyətə cəlb etdikləri bəzi oyunçular artıq məlumdu.

Yayda 35 yaşdan yuxarı sabiq futbolçular arasında ulduzlu dünya çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, turnirdə 8 komandanın iştirakı planlaşdırılır.

Komandaların heyətə cəlb etdikləri bəzi oyunçular artıq məlumdu.

 

İngiltərə: Stiv Makmanaman (kapitan), Robbi Fauler, Maykl Ouen, Eşli Koul, Co Koul, Rio Ferdinand, Frenk Lempard, Devid Ceyms.

Argentina: Esteban Kambiasso (k), Ernan Krespo, Pablo Zabaleta.

Braziliya: Emerson (k), Kaka, Ronaldinyo, Roberto Karlos, Rivaldo.

Almaniya: Kevin Kuranyi (k), Məsut Özil, Sami Xedira.

İspaniya: Miçel Salqado (k), David Vilya, Karles Puyol, İker Kasilyas.

İtaliya: Marko Materatsi (k), Fabio Kannavaro, Françesko Totti.

Uruqvay: Dieqo Luqano (k), Dieqo Forlan.

Fransa: Kristian Karambö (k), Tyerri Anri, Marsel Dezayi.

 

Turnir iyunun 4-dən 11-dək İngiltərədə keçiriləcək. Yalnız millilərdə oynamış və ya əsas liqada 100-dən çox matç keçirmiş 35 yaşdan yuxarı futbolçulara icazə verilir. Komandaların start heyətində 11 oyunçu olacaq və görüşlər 70 dəqiqədən ibarət olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest