“Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunların heyətini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Portuqaliya klubu iştirak ərizəsini UEFA-ya göndərib.

Baş məşqçi Artur Jorje ümumilikdə 36 oyunçunun xidmətindən yararlana biləcək. Onlardan 11-i B listinin üzvləridi.

Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes, 91. Lukas Qorniçek
Müdafiəçilər: 2. Viktor Qomes,4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 55. Çissumba, 58. Migel Vilela, 62. Nuno Matoş, 76. Tomaş Markes
Yarımmüdafiəçilər: 8. Əl Musrati, 10. Çer Ndur, 16. Rodriqo Zalazar, 18. Vitor Karvalyo, 22. Pitsi, 28. Joao Moutinyo, 50. Dieqo Rodriges, 66. Vasko Moreyra, 80. Joao Qonçalves, 90. Cibril Sumare
Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 11. Roje Fernandes, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 59. Yan Said, 97. Joze Rodriges, 99. Kauan Kelvin
Baş məşqçi: Artur Jorje

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək. Azərbaycan çempionunun ilk matçı səfərdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest