“Barselona”nın prezidenti Joan Laporta yaxın müddətdə “Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşməyi planlaşdırır. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis mövsümün sonunda “qırmızılar”dan ayrıldıqdan sonra bir müddət istirahət etmək istədiyini bildirib.

Lakin Laporta yayda vəzifəsindən ayrılacaq Xavinin yerinə onu təyin etmək niyyətindədi. Klopp “Mançester Siti”də Pep Qvardiolaya da layiqli əvəzləyici hesab edilir.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest