07 Fevral 2024, 11:08
FUTBOL
“Atalanta”nın hücumçusu Luis Muriel klubunu dəyişəcək. Matc.az xəbər verir ki, kolumbiyalı forvard karyerasını ABŞ-da davam etdirəcək.
32 yaşlı oyunçu “Orlando Siti”nin formasını geyinəcək. MLS klubu onunla müqavilənin şərtlərini razılaşdırıb. Muriel yeni komandası ilə 3 illik müqavilə bağlayacaq. Bu transfer “Atalanta”ya 1 milyon avro qazandıracaq.
Qeyd edək ki, Luis Muriel 2019-cu ildən “Atalanta”da çıxış edir. Müqaviləsi yaya qədər olan forvard bu mövsüm 25 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.