07 Fevral 2024, 11:52
FUTBOL
Asiya Kubokunun yarımfinalında İordaniya sensasiya edərək, Cənubi Koreyaya 2:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, favoritlərdən sayılan koreyalılar Qətərdəki görüşdə finala yüksələ bilməyib. Bununla Cənubi Koreyanın Asiya Kubokunu qazanmaq həsrəti 64 ilə çatıb. Komanda sonuncu dəfə 1960-cı ildə qitə çempionluğunu bayram edib. Həmin vaxtdan bəri koreyalılar 4 dəfə finala çıxsalar da, həlledici matçlarda İran (1:2), Küveyt (0:3), Səudiyyə Ərəbistanı (0:0, penaltilərlə 3:4) və Avstraliyaya (1:2) uduzublar.
İordaniya isə tarixində ilk dəfə Asiya Kubokunun finalına yüksəlib. Komandanın buna qədərki ən yüksək nailiyyəti 1/4 final idi.