“İnter” “Napoli”nin yarımmüdafiəçisi Pyotr Zelinski və onun nümayəndələri ilə razılaşıb. Matc.az xəbər verir ki, tərəflər keçidin azad agent kimi baş verməsində ortaq məxrəcə gəliblər.

Yaxın günlərdə transferin elan olunması gözlənilir. Milanlılar Polşa millisinin üzvünü ayın sonuna qədər rəsmən heyətinə qatacaq. “Neradzurra” həmçinin “Porto”nun hücumçusu Mehdi Taremini də azad agent kimi transfer edəcək.

Qeyd edək ki, Pyotr Zelinski 2016-cı ildən “Napoli”nin formasını geyinir. Bu mövsüm 26 oyunda 3 qol, 3 assistlə yadda qalan 29 yaşlı orta sahə oyunçusunun neapollularla sözləşməsi yaya qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest