07 Fevral 2024, 13:26
FUTBOL
“Xetafe”nin ispaniyalı hücumçusu Meyson Qrinvud yenidən böyük klubda çıxış edə bilər. Matc.az xəbər verir ki, “Atletiko” 22 yaşlı forvardın keçidində maraqlıdı.
Madridlilər bu transferi yayda həyata keçirməyi planlaşdırır. Qrinvud artıq rəhbərliyin hücum xətti üçün namizədləri sırasındadı.
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Qrinvud mövsümün əvvəlində “Xetafe”yə icarəyə verilib. O, La Liqa təmsilçisinin heyətində 22 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə verib.