“Napoli”nin kapitanı Covanni Di Lorenzo yayda komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, “Milan” mövsümün sonunda İtaliya millisinin üzvünü heyətinə qatmağa cəhd edəcək.

“Rossonyerlər”ə Antonio Konte başçılıq etsə, Di Lorenzonun transfer ehtimalı daha yüksək olacaq. “Çelsi”nin sabiq çalışdırıcısı 30 yaşlı müdafiəçinin pərəstişkarıdı.

Qeyd edək ki, Covanni Di Lorenzo 2019-cu ildən “Napoli”də çıxış edir. O, bu mövsüm 31 oyunda 2 qol, 6 assistlə yadda qalıb. “Napoli” ilə müqaviləsi 2028-ci ilə qədər olan futbolçunun transfer dəyəri 22 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest