07 Fevral 2024, 14:13
FUTBOL
“Barselona”nın müdafiəçisi Joao Kanselo karyerasında qarşılaşdığı ən çətin futbolçunun adını çəkib. Matc.az xəbər verir ki, Portuqaliya millisinin üzvü braziliyalı hücumçu Neymarı fərqləndirib:
“Hansı rəqibə qarşı oynamaq ən çətin idi? Mbappe? Xeyr, bu, Neymardı. Ən yaxşı Neymarla isə o, “Barselona”da olarkən qarşılaşmışam”.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib.