“Barselona”nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı planlarını qurmağa başlayıb. Matc.az xəbər verir ki, Polşa millisinin kapitanı futbol məktəbi açmaq niyyətindədi.

35 yaşlı forvard bunu karyerasını bitirdikdən sonra həyata keçirəcək. Levandovski Polşada aztəminatlı ailələr üçün Yohan Kroyfun nümunəsi olan uşaq futbol məktəbi açacaq.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest