Daha bir sabiq futbolçu minifutbolda oynayacaq. Matc.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ramazan Abbasov minifutbol üzrə ölkə çempionatında qüvvəsini sınayacaq.

O, “Turan” komandası ilə müqavilə bağlayıb. Abbasov eyni zamanda II Liqada çıxış edəın “Kür-Araz”ın uğurları üçün çalışır.

Qeyd edək ki, Ramazan Abbasov futbolçu karyerası ərzində “Neftçi”, “Bakı”, “Rəvan” və “Standart” kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest