07 Fevral 2024, 16:57
FUTBOL
“Jirona”nın baş məşqçisi Migel Anxel diskvalifikasiya olunub. Matc.az xəbər verir ki, 48 yaşlı mütəxəssis La Liqanın XXIII turunda “Real Sosyedad”la oyunda (0:0) qırmızı vərəqə alıb.
Bu, ispaniyalının 2 matçlıq cəzalandırılmasına səbəb olub. Sançes La Liqanın XXIV turunda “Real”la qarşılaşmaya baş məşqçisiz çıxmalı olacaq. Həmin görüş fevralın 10-da Madriddə olacaq.
Qeyd edək ki, hazırda “Real” 58 xalla birinci, “Jirona” isə 56 xalla ikinci pillədə yer alır.