07 Fevral 2024, 17:22
FUTBOL
Cessi Linqardın yeni klubu dəqiqləşib. Matc.az xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cənubi Koreyaya köçüb.
Ötən il ölkəsinin “Nottingem Forest” klubundan ayrılan 31 yaşlı oyunçu “Seul” klubu ilə anlaşıb. Linqard yeni komandasında artıq tibbi müayinədən keçib və münasibətləri rəsmiləşdirib. “Seul” tezliklə bu keçidi açıqlayacaq.
Qeyd edək ki, Cessi Linqard “Mançester Yunayted”in yetirməsidi.