07 Fevral 2024, 17:49
FUTBOL
“Napoli”nin futbolçusu Xviçi Kvaratsxeliya klubla yeni müqavilənin müzakirə olunmasından imtina edib. Matc.az xəbər verir ki, bunu İtaliya klubunun prezidenti Aurelio De Laurentis açıqlayıb.
O bildirib ki, gürcüstanlı hücumçunun nümayəndələri mövsümün sonuna qədər sözləşmənin uzadılması məsələsini müzakirə etmək istəmir:
“Üç ay əvvəl onun agentləri ilə görüşdük, müqaviləni uzatmağı təklif etdim. Ancaq nümayəndələri bildirdi ki, narahat olmayın, burada xoşbəxtik, mövsümün sonunda danışarıq”.
Qeyd edək ki, 22 yaşlı forvardın hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.