07 Fevral 2024, 20:46
FUTBOL
"Brügge"nin hücumçusu Antonio Nusa karyerasına İngiltərə Premyer Liqasında davam edə bilər.
Matc.az xəbər verir ki, norveçli futbolçu ilə "Brentford" yaxından maraqlanır. Tərəflər arasında danışıqlara artıq start verilib.
Bu mövsüm forvard 28 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.