"Palmeyras", "Almeriya" və Braziliya Olimpiya komandasının hücumçusu Lazaronu icarəyə götürüb.
 
Matc.az xəbər verir ki, müqavilənin müddəti 2024-cü ilin dekabrına qədərdir. "Palmeyras"ın oyunçunu tam transfer etmək imkanı var.
 
Lazaro İspaniya klubuna 2022-ci ilin sentyabrında "Flamenqo"dan keçib. Onun klublala müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Cinah oyunçusu bu mövsüm La Liqada və İspaniya Kubokunda 16 oyun keçirib. "Transfermarkt" portalı 21 yaşlı braziliyalıya 2,5 milyon avro qiymət qoyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest