Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa”nın qonağı olacaq “Qarabağ”a 1500 bilet ayrılıb. Matc.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev paylaşıb.

Onun sözlərinə görə, qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlər satışa çıxarılacaq. Komanda fevralın 13-də, saat 17:00-da sözügedən ölkəyə yollanacaq və görüşdən sonra Vətənə qayıdacaq.

Qeyd edək ki, fevralın 15-də təşkil olunacaq “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də gerçəkləşəcək. report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest