08 Fevral 2024, 11:39
FUTBOL
“Brayton”un vingeri Kaoru Mitoma “Barselona”ya keçə bilər. Matc.az xəbər verir ki, İspaniya klubu Yaponiya millisinin üzvünə maraq göstərir.
Kataloniyalılar 26 yaşlı oyunçunun hücum xəttini gücləndirəcəyini düşünür. Rəhbərlik mövsümün sonunda onun transferini reallaşdırmağa çalışacaq. “Barselona” müqaviləyə hücumçusu Ansu Fatini də daxil etməklə, transfer qiymətini azaltmağı planlaşdırır. Fati hazırda “Brayton”da icarə əsasında çıxış edir.
Qeyd edək ki, Kaoru Mitoma 2021-ci ildən “Brayton”un formasını geyinir. O, bu mövsüm 24 oyunda 3 qol vurub, 5 assist edib.