“Bayer”in yarımmüdafiəçisi Florian Virts bu mövsüm Avropanın Top-5 liqa oyunçuları arasında bütün turnirlərdə assistentlik üzrə liderdi. Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu yarım mövsümdə 15 məhsuldar ötürmə verməyi bacarıb.

Virts bu göstəricidə 12 assistlə “Bavariya”nın vingeri Leroy Sane və “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Sakanı qabaqlayır. Assist üzrə ilk “beşliy”ə “Liverpul”dan Darvin Nunyes (11) və “Brayton”dan Paskal Qross (11) da daxildi.

Qeyd edək ki, Florian Virts 2020-ci ildən “Bayer”in formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 8 qol, 15 assistlə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest