“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə qüvvəsini sınayır. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində ikinci görüşünə çıxıb.

B qrupunda yer alan Vüqar Əsgərlinin yetirmələri Rusiya təmsilçisi “Olimpik”lə üz-üzə gəlib. Qarşılaşma “Qarabağ”ın 2:0 hesabı qələbəsi ilə yekunlaşıb. Qollara 21-ci dəqiqədə Onur Əliyev və 31-ci dəqiqədə Kəmaləddin Cəfərli imza atıb.

Qrupdakı son oyunda rəqib Belarus BATE-si olacaq.

Qeyd edək ki, “Qarabağ” ilk turda “Zvezda”nı 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest