08 Fevral 2024, 14:22
FUTBOL
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, komitə Premyer Liqanın XXI turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb. “Səbail”lə səfər görüşündə 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimə edilib.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, komitə Premyer Liqanın XXI turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.
“Səbail”lə səfər görüşündə 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimə edilib. Matçın 66-cı dəqiqəsində ağdamlıların kapitanı Maksim Medvedev ikinci sarı vərəqədən meydandan qovulmuşdu. Müdafiəçiyə 1 oyunluq cəza, klubuna 500 manat cərimə kəsilib.
Qeyd edək ki, “Qarabağ” “Səbail”i səfərdə 2:1 hesabı ilə məğlub edib.