08 Fevral 2024, 15:56
FUTBOL
"Ümid edirəm ki, Honkonqa yenidən səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq"
“İnter Mayami”nin kapitanı Lionel Messi Honkonq millisi ilə keçirilən yoldaşlıq görüşündə iştirak edə bilmədiyi üçün azarkeşlərdən üzr istəyib. Matc.az xəbər verir ki, argentinalı superulduz bununla bağlı paylaşım edib:
“Qasıq nahiyəmdən zədə aldığım üçün Honkonqdakı matçda oynaya bilmədim. Buna görə təəssüflənirəm və üzr istəyirəm. Məni tanıyan dostlar bilirlər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm. Ümid edirəm ki, Honkonqa yenidən səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq”.
Qeyd edək ki, “İnter Mayami” Honkonq yığmasını 4:1 hesabı ilə məğlub etmişdi.