Maliyyə iddiaları ilə yanaşı, Superliqa təmsilçiləri hesab edirlər ki, Avropa İttifaqının Ədalət Məhkəməsinin daha əvvəl çıxardığı qərara baxmayaraq, UEFA qitə futbolunda öz hakim mövqeyindən sui-istifadə etməkdə davam edir.

Avropa Superliqası UEFA-ya qarşı 3,5 milyard avro məbləğində təzminat iddiası qaldırmağı planlaşdırır. Matc.az xəbər verir ki, Superliqa rəhbərliyi layihənin başlanmasının gecikdirilməsinin UEFA-dan gələn məhdudiyyətlər və hədələr səbəbindən baş verdiyinə və bununla da ona böyük maddi ziyan vurduğuna əmindi.

Səbəblərdən biri turnirin başlaması üçün “JP Morgan”la kreditin razılaşdırılmasıdı. 2021-ci ildən bu bankda kredit faizi 2,8%-dən 6,3%-ə yüksəlib ki, bu da bir neçə milyard dollar itkiyə səbəb olub. Liqa həmçinin UEFA-dan turnirə televiziya hüququndan əldən çıxmış gəlirə görə təzminat tələb etməyi planlaşdırır ki, bu da 700 milyon dollardan 1,2 milyard dollara qədər ola bilər.

Maliyyə iddiaları ilə yanaşı, Superliqa təmsilçiləri hesab edirlər ki, Avropa İttifaqının Ədalət Məhkəməsinin daha əvvəl çıxardığı qərara baxmayaraq, UEFA qitə futbolunda öz hakim mövqeyindən sui-istifadə etməkdə davam edir.

Qeyd edək ki, dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Superliqanın yaradılmasına mane olmaq üzrə addımlarını qanunsuz elan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest