“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq “Liverpul”un baş məşqçisi Yurgen Kloppun mümkün yeni klubu barədə fikirlər səsləndirib. Matc.az xəbər verir ki, qabonlu forvard yayda İngiltərə klubundan ayrılacağını açıqlayan almaniyalı mütəxəssisi “Barselona”ya yaraşdırıb:

“Klopp istənilən komandaya enerjisini verir. Həqiqətən də, yaxşı məşqçidi. “Barselona”nın Yurgenlə işləmək şansı varsa, bu, yaxşı variantdı. “Borussiya”da onunla işləməkdə özümü çox rahat hiss edirdim. O, “Barselona”ya rəhbərlik etsə, əla olar”.

Qeyd edək ki, Obameyanq 2013-2015-ci illərdə Dortmund “Borussiya”sında Kloppun rəhbərliyi altında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest