08 Fevral 2024, 17:47
FUTBOL
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində qrup oyunlarını başa vurub. Matc.az xəbər verir ki, ağdamlılar B qrupunda 3-cü görüşü yerli BATE-yə qarşı keçirib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Vüqar Əsgərlinin baş məşqçisi olduğu komandada qola 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.
İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən “Qarabağ” qrupu 7 xalla başa vurub. Bununla qrupu birinci yerdə bitirən təmsilçimiz 1/4 finala yüksəlib.
Qeyd edək ki, növbəti mərhələnin oyunları sabah keçiriləcək.