İngiltərənin "Brentford" klubu hücumçu İvan Tavneylə yolları ayırmaq niyyətindədir.
 
Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Tomas Frank bu barədə açıqlama verib:
 
"Rəhbərliklə görüşlərimiz oldu. Son qərarı verdik. İvan çox güman ki, yayda satılacaq".
 
Xatırladaq ki, yanvarın 20-də ingilis hücumçu 8 aylıq diskvalifikasiyadan sonra yenidən meydana qayıtmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest