“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beynəlxalq turnir qrup mərhələsində son matçına çıxıb.
 
Komanda III turda Belarusun BATE klubu ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.
 
İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi qrup mərhələsini 7 xalla başa vurub. “Qarabağ” B qrupunda 1-ci yeri tutub. U-15 bununla da 1/4 finala yüksəlib.
 
Qeyd edək ki, növbəti mərhələnin matçları sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest