“Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək“
“Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq”.
Matc.az xəbər verir ki, bunu Azərbaycan kubokunun cavab matçında qələbə qazanan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
“Səbail”i 3:0 hesabı məğlub edən komandanın çalışdırıcısı riskı getdiklərini bildirib: "Səbail" elə rəqibdir ki, "Qarabağ"la matçda 5-6 qol epizodu yaradır və qol vurur. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. "Səbail"lə matçda tam müdafiədən oyun qurmaq mənasızdır. Bu gün çalışırdıq ki, çox qol vuraq”.
Rəşad Sadıqov “Zirə”nin kubokdan fərqli çempionatda az qol vurmasını müqayisə edib: “Bu mövsüm ilk oyunumuzdu ki, üç top fərqi ilə qalib gəldik. Bundan da qabaq oyunlar olub ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı idik deyə, fərqli nəticə oldu. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq. Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək. Təsadüf qələbələrin gələcəyi olmur. Daha inamlı olduqda, daha yaxşı oynadıqda, hakim səhvi də gözə görünmür. Ona da güc lazımdır ki, belə məqamlarda rəqiblərdən ekstra güclü olasan. Biz o gücdə deyilik. 6-7 komanda eyni gücdədir”.
Qeyd edək ki, “Zirə” Azərbaycan kubokunu ¼ finalında “Səbail”i (2:1, 3:0) hər iki oyunda məğlub edib.