08 Fevral 2024, 22:52
FUTBOL
"Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır"
"Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi".
Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Ruslan Qafitulin Azərbaycan kubokunun 1/4 finalında bu gün "Qaravağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 4:3 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Birinci oyunda məğlub olsaq da, bu gün meydana qələbə üçün çıxmışdıq. Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".
Qeyd edək ki, "Sabah" 4:3 hesabı ilə qalib gəlsə də, mərhələni ilk oyunda 7:1 hesablı qələbə qazanan "Qarabağ" keçib. (qol.az)