İspaniya millisinin sabiq hücumçusu Dieqo Kosta Braziliyada komandasını dəyişib. Matc.az xəbər verir ki, 35 yaşlı forvard “Botafoqo”dan “Qremio”ya keçib.

Braziliya əsilli futbolçu yeni komandasında tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Onun sözləşməsinin müddəti cari ilin sonuna qədər olacaq. Kosta “Qremio”ya azad agent kimi keçib.

Qeyd edək ki, Dieqo Kosta ötən mövsüm “Botafoqo”nun heyətində bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest