Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsmann istefaya göndərilib.
 
Matc.az xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyası bəyanat yayıb:
 
"Klinsmann Koreya millisində məşqçilik qabiliyyətlərini və liderlik keyfiyyətlərini nümayiş etdirə bilmədi. Milli futbol komandası sadəcə bir idman komandası deyil, Koreya Respublikasını təmsil edən, insanların diqqətini və dəstəyini tələb edən, həmin enerjini insanlara qaytaran yığmadır. Bu davam etməlidir.
 
Müxtəlif müzakirələr nəticəsində Klinsmanın məşqçi vəzifəsindən kənarlaşdırılması qərarı aldıq".
 
Qeyd edək ki, mütəxəssis 2023-cü ilin fevralından Cənubi Koreya komandasına rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda bu il Asiya kubokunun yarımfinalına yüksəlib və burada İordaniyaya uduzub (0:2).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest