16 Fevral 2024, 21:16
FUTBOL
Azərbaycan Premyer Liqasının XXIII turunda "Səbail"lə "ASCO Arena"da qarşılaşacaq "Araz-Naxçıvan" oyunöncəsi məşqini keçirib.
Matc.az xəbər verir ki, "ASK Arena"da 1 saata qədər davam edən taktiki-texniki hazırlıq prosesində yalnız müalicəsini davam etdirən Abdulla Rzayev iştirak etməyib.
Matç sabah - fevralın 17-də, saat 18:30-da "ASCO Arena"da keçiriləcək və CBC Sport-la canlı yayımlanacaq.