17 Fevral 2024, 14:45
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Halaand "Real"a keçmək istəyir.
Matc.az xəbər verir ki, Kilian Mbappe bu yay Madrid klubuna keçdiyi üçün norveçli ən tez 2025-ci ildə "Real"a keçə biləcəyinə inanır. Bununla belə, "Los Blankos"un bu mövsümün sonunda Halaandı imzalamağa çalışacağı ehtimalı var, buna görə də hücumçu “şəhərlilər”lə yeni müqavilə ilə bağlı danışıqları yaya qədər təxirə salıb.
Qeyd edək ki, onun Mançester klubu ilə hazırkı sözləşməsi2027-ci ilə qədərdir.