"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 25-ci turunun "Mançester Siti" ilə oyunu öncəsi zədəli futbolçuların durumu haqda danışıb.
 
Matc.az xəbər verir ki, argentinalı mütəxəssis zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan qapıçı Robert Sançesin qarşıdakı matçda meydana çıxa biləcəyini bildirib. Poçettino onu da qeyd edib ki, müdafiəçilər Malo Qyusto və Levi Koulilin "Kristal Pelas"la oyunda (3:1) aldıqları zədələr ciddi deyil - hər iki oyunçu "şəhərlilər"lə görüşdə komandaya kömək etməyə hazırdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest