"Vest Hem"in yarımmüdafiəçisi Mohamed Kudus top-klubların diqqətini çəkib.
 
Matc.az xəbər verir ki, "Çelsi" və "Arsenal" futbolçunun transferində maraqlıdır.
 
Kudus "çəkiclər"in düşərgəsinə 2023-cü ilin yayında "Ayaks"dan 45 milyon avroya keçib.
 
Bu mövsüm yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə 27 oyun keçirib, 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest