17 Fevral 2024, 19:20
FUTBOL
"Bavariya"nın müdafiəçisi Dayotçankul Upamekano Çempionlar Liqasının "Latsio" ilə oyunundan (0:1) sonra onun ünvanına deyilən irqçi ifadələr barədə danışıb.
Matc.az xəbər verir ki, fransalı oyunçu azarkeşlərdən üzr istəyib:
"Səhvlər futbolun bir hissəsidir. Bir səhv etdim, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm. Doğma meydanda hər şey ola bilər, komandamda heç bir şübhəm yoxdur.
Tənqid futbolun bir parçasıdır, amma irqçiliyə yer yoxdur. Nə stadionda, nə də sosial şəbəkələrdə. İrqçilik deyə bir şey olmamalıdır. 2024-cü ildir və biz bunu hələ də xatırlatmalıyıq".