"Barselona"nın yarımmüdafiəçisi Frenki De Yonq karyerasını Fransada davam edə bilər.
 
Matc.az xəbər verir ki, onunla PSJ yaxından maraqlanır. Parislilər hücumçu Kilian Mbappenin komandadan ayrılacağı təqdirdə, heyəti bərpa etmək üçün yarımmüdafiəçi ilə müqavilə imzalaya bilər.
 
Niderlandlı futbolçu bu mövsüm "Barsa"nın heyətində La Liqada 16 oyun keçirib, 1 qol vurub və 3 dəfə sarı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest