17 Fevral 2024, 16:35
FUTBOL
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Braqa" oyununa satılan biletlərin sayı bəlli olub.
Matc.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Artıq 26 min 500 bilet satılıb. Fevralın 22-də keçiriləcək matçın bilet satışı davam edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.