“Səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik“

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mənə elə gəlir ki, maraqlı oyun keçdi. Yaxşı mübarizə gördük. Hərdən biz də coşub hakimlərin üstünə qışqırırıq. Amma bir tərəfdən də dəstək olmaq lazımdır. Mənim üçün oyun çox yaxşı keçdi. 

- 1-ci hissədən sonra Kadirini əvəzlədiz…

- Oyun planında mərkəzdə 2-3 gecikməsi oldu. Rəqib daha çox ondan top almaq istəyirdi. Və 4 gün bundan qabaq yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə ortaya sürəti artıraq. Onun yerinə Vandersonu oyuna buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı. Həmin 6 nömrəmizin qabaqda olmasını istəyirəm.

- 1 xala sevinirsiz?

- Səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.

- Orxan Əliyevin yüksələn performansını nə ilə əlaqələndirirsiz? Kapitanlığı ona verməklə bağlı ola bilər?

- Düşündük ki, yerlilərə daha çox təkan vermək lazımdır ki, özlərinə gəlsinlər. 3-4 gündən bir oyunlar futbolçulara fiziki cəhətdən pis təsir edirdi. Heyətimiz elə də geniş deyil ki, böyük dəyişikliklər edək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest