18 Fevral 2024, 11:34
FUTBOL
Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) səfərdə "Karl-Zeys Jena" ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov start heyətdə meydana çıxıb və 5-ci dəqiqədə hesabı açıb.
"Dinamo" 42 xalla 2-ci yerdədir. Rüfət hazırda 14 qolla bombardirlər yarışına başçılıq edir.