“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, adıçəkilən komanda XXII tur çərçivəsində “Farense”ni qəbul edib.

Görüş Artur Jorjenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Braqa”nın heyətində 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur fərqlənib.
Bu nəticədən sonra “Braqa” 43 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda rəqibini Braqada 4:2 hesabı ilə məğlub edib. Bakıdakı cavab matçı fevralın 22-də olacaq.