Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxıb.
 
Qurban Qurbanovun yetirmələri Bakıda “Braqa”nı qəbul edib. Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” çox çətinliklə 1/8 finala adlayıb. 90 dəqiqə rəqib komandanın 2:0 hesablı üstünlüyü ilə bitib və qalib əlavə vaxtda müəyyənləşib. 10 nəfərlə qalan "Qarabağ" 120+2-ci dəqiqədə lazım olan qolu vurub. Braqada son dəqiqələrdə 5-ci qolu vurmaq şansını qaçıran Nəriman Axundzadə bu dəfə oyunun qəhrəmanı olub.
 
Tarixi şansdan yararlanan ağdamlılar avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olub.

Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
22 fevral

“Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) 2:3 

Qol: Mateus Silva, 102, Nəriman, 120 - Fernandes, 70, Alvaro, 83, Banza, 115
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
İlk oyun 4:2

"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 6. Julio Romano, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

"Braqa": 1. Mateus, 26. Kristian Borxa, 4. Siku Niakate, 15. Paulo Oliveyra, 2. Viktor Qomes, 16. Rodriqo Zalazar, 22. Pizzi, 28. Joao Moutinyo, 11. Rojer Fernandes, 9. Abel Ruis (k), 23. Simon Banza

Baş məşqçi: Artur Jorje

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest